İtaliya millisinin müdafiəçisi “İnter”də – RƏSMİ

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Milan təmsilçisi İtaliya A Seriyasında mübarizə aparan “Kalyari”nin müdafiəçisi Nikolo Barelyanı heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Milan təmsilçisi sözügedən oyunçunu mövsümün sonunda satın almaq şərti ilə “Kalyari”dən bir illik icarəyə götürüb.

22 yaşlı mərkəz müdafiəçisi “Kalyari”nin yetirməsidi. O, 2014-cü ildən sözügedən klubun uğurları üçün çalışır. 2016-cı ildə qısa müddət “Komo”da icarədə oynamış futbolçu, ötən ildən İtaliya yığmasına da cəlb olunur.

Ötən mövsüm A seriyasında 35 matç keçirən İtaliya millisinin üzvü, 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.