İtaliya millisinin keçmiş futbolçusu Azərbaycana gəlir: Ya “Qarabağ”, ya da…

İtaliya millisinin keçmiş futbolçusu Dieqo Fabbrini karyerasını Azərbaycanda davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Telekom Sport” məlumat yayıb. Son klubu Rumıniyanın “Dinamo” (Buxarest) komandası olan 29 yaşlı yarımmüdafiəçinin “Neftçi”yə, ya da “Qarabağ”a keçəcəyi gözlənilir.

Fabbrininin “Dinamo”da aylıq 16 min avro qazandığı deyilir.

Fabbrini 2012-ci ildə İtaliyanın əsas yığmasında bir oyun keçirib. O, karyerası ərzində İtaliyada “Empoli”, “Udineze”, “Palermo”, “Siena”, “Spetsia”, İngiltərədə “Uotford”, “Milluoll”, “Birmingem”, “Middlsbro”, İspaniyada “Ovyedo”, Rumıniyada “Botoşani”, Bolqarıstanda ÇSKA klublarında forma geyinib.