İtaliya millisindən Maldiniyə dəvət

“Milan”ın keçmiş futbolçusu Paulo Maldininin oğlu Daniel Maldini İtaliya millisinə dəvət alıb.

Komanda.az xəbər verir ki, 17 yaşlı hücumçu, 18 yaşadək futbolçulardan ibarət İtaliya yığmasının Hollandiya ilə qarşılaşacağı yoxlama matçı üçün dəvət alıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Milan”ın gənclərdən ibarət komandasında forma geyinən Maldini, bu mövsüm 22 oyuna 9 qol vurub.

Paulo Maldini 1988-2002, atası Çezare Maldini isə 1958-1963-cü illər aralığında İtaliya millisinin uğurları üçün çalışıb. Daniel Maldini isə ilk dəfə İtaliya millisinə dəvət alıb.