İtaliya millisində yeni məşqçi

İtaliya millisinin baş məşqçisi Roberto Mançininin yeni köməkçisi məlum olub.

Komanda.az xəbər verir ki, Atillio Lombardo yığmanın çalışdırıcısı Mançininin köməkçisi vəzifəsinə gətirilib. Bu barədə İtaliya Futbol Federasiyasının saytı məlumat yayıb.

Lombardo daha əvvəl, Roberto Mançini “Mançester Siti” və “Qalatasaray”da çalışarkən onun köməkçisi vəzifəsində olub.