İtaliya millisində itki – Heyətdən çıxarıldı

İtaliya milli komandası ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, yığmanın futbolçusu Stefano Sensi zədələnib. Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“İnter”də forma geyinən Sensi, A Seriyasının 7-ci turunun “Yuventus”la oyununda (1:2) zədələnib.

24 yaşlı yarımmüdafiəçi İtaliya millisinin heyətindən çıxarılıb. İtaliya yığması AÇ-2020-nin seçmə mərhələsində oktyabrın 12-də Yunanıstan, 15-də isə Lixtenşteynlə qarşılaşacaq.