81 il sonra…

İtaliya milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Yunanıstana 2:0 hesabı ilə qalib gələrək, turnirin filan mərhələsinə vəsiqə qazanıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu, Roberto Mançininin yetirmələrinin ardıcıl 8-ci qələbəsi olub. “Skuadra Adzurra” bu uğura 81 il sonra nail olub. Sonuncu dəfə belə hal 1938-ci ildə baş vermişdi. Həmin vaxt komanda Vittorio Pozzonun rəhbərliyi altında ardıcıl 9 oyunda qələbə qazanmışdı.