De Rossi İtaliya klubunda baş məşqçilik edəcək

İtaliya milli komandasının və “Roma”nın sabiq futbolçusu Daniele De Rossi baş məşqçiliyə başlayır.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrisio Romano “tvitter” hesabında məlumat yayıb. O, De Rossinin yeni mövsümdən “Fiorentina” klubunu çalışdıracağını deyib. 37 yaşlı keçmiş yarımmüdafiəçi bu postda Cüzeppe Yakinini əvəzləyəcək.

“Fiorentina” İtaliya A Seriyasında 29 turdan sonra 13-cü sırada qərarlaşıb.

De Rossi 2019-cu ildə futbolçu karyerasını başa vurub.