Pirlo “Yuventus”a qayıdır

İtaliya milli komandasının sabiq futbolçusu Andrea Pirlo “Yuventus”a qayıdır.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Pirlonun “Yuventus”un gənclərdən ibarət komandasında baş məşqçi Roberto Baronionun köməkçisi olacağı bildirilib.

Pirlo 2011-2015-ci illərdə “Yuventus”un formasını geyinib. Keçmiş yarımmüdafiəçi 2018-ci ildə “Milan”da karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button