İtaliya kubokunun qalibi bəlli oldu

Futbol üzrə İtaliya kubokunun final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, həlledici oyunda “Napoli” və “Yuventus” klubları qarşılaşıb.

Finalın əsas vaxtı qolsuz başa çatıb. Bu üzdən də komandalar qalibi müəyyənləşdirmək üçün birbaşa penalti seriyasına keçiblər. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Napoli” İtaliya kubokunun qalibi olub.

Bu, Neapol klubunun tarixində 6-cı belə uğurdu. “Napoli” 1962, 1976, 1987, 2012 və 2014-cü illərdə də kubokun qalibi olmuşdu. Bu baxımdan rekord isə “Yuventus”a məxsusdu – 13 kubok.

İtaliya kuboku
Final

17 iyun

Napoli – Yuventus 0:0 (penaltilər 4:2)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button