“Roma”nın məşq bazasında hərbi sursat aşkarlandı FOTO

İtaliyanın “Roma” klubunun məşq bazasında partlamamış hərbi sursat tapılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, tapılan bombalar ikinci dünya müharibəsinə aiddir. Ərazidən ümumilikdə 17 mərmi aşkarlanıb və onlar zərərsizləşdirilib.

Hadisənin komandanın məşqinə təsir etmədiyi bildirilir.