İtaliya klubunun hücumçusu koronavirusa yoluxdu

İtaliyanın “Kalyari” klubunun hücumçusu Adam Unas koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 24 yaşlı futbolçunun COVİD-19 testinin müsbət çıxdığı diqqətə çatdırılıb. O, dərhal karantinə alınıb və nəzarətə götürülüb.

Komandanın digər futbolçularının test nəticələri mənfi olub.