İtaliya klubundan qapıçısı ilə yeni müqavilə

İtaliyanın “Verona” klubu qapıçısı Marko Silvestri ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu müddəti 2022-ci ilin 30 iyununda başa çatacaq yeni müqaviləyə imza atıb.

Marko 2017-ci ildən “Verona”nın uğurları üçün çalışır. İtaliyalı qolkiper son mövsümdə meydana çıxdığı 35 oyundan 9-da qapısını toxunulmaz saxlamağı bacarıb. O, daha öncə “Kyevo”, “Recina”, “Padova”, “Kalyari” və “Lids”də də forma geyinib.