İtaliya klubundan daha iki transfer

İtaliyanın “Parma” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi yarımmüdafiəçilər – Xuan Fransisko Brunetta və Simon Zomu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xuan Fransisko Brunetta Argentinanın “Qodoy Krus” klubundan satınalma şərti ilə icarəyə götürülüb. 23 yaşlı argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Simon Zom isə İsveçrənin “Sürix” klubundan transfer olunub. Onunla da müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.