İnzaqiyə yeni təklif

İtaliyanın “Latsio” klubu baş məşqçisi Simone İnzaqi ilə bağlı qərarını verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub baş məşqçisiylə yeni müqavilə imzalayacaq. “Latsio”nun 44 yaşlı mütəxəssisə daha üç illik müqavilə təklif etdiyi və tərəflər arasında razılığın əldə edildiyi bildirilir. Yeni müqavilə ilə İnzaqinin illik 2,5 milyon, bonuslarla birlikdə 3 milyon avro qazanacağı iddia edilir.

Yeni müqavilə rəsmiləşəcəyi halda, İnzaqi klub tarixində ən uzun müddət məşqçilik edən mütəxəssis olacaq.

Rəsmi açıqlamanın tezliklə ediləcəyi bildirilir.

İnzaqi 2016-cı ildən “Latsio”nu çalışdırır. Onun müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.