İtaliya klubundan baş məşqçi ilə yeni müqavilə

İtaliyanın “Verona” klubu baş məşqçisi İvan Yuriçlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

44 yaşlı xorvat məşqçi yeni müqaviləyə əsasən 2023-cü ilin iyun ayına kimi “Verona”nın uğurları üçün çalışmağa davam edəcək.

Qeyd edək ki, Yuriç 2019-cu ilin iyunundan “Verona”ya rəhbərlik edir. Daha öncə “Mantova”, “Krotone” və “Cenoa”da da baş məşqçi kimi çalışmış xorvatın rəhbərlik etdiyi “Verona” 35 oyuna topladığı 46 xalla 9-cu pillədə qərarlaşıb.