İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Krotone” klubu baş məşqçisi Covanni Stroppanı istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. 53 yaşlı italyan mütəxəssis 2018-ci ildən sözügedən kollektivə rəhbərlik edirdi.

Artıq “Krotone”nin yeni baş məşqçisi də məlumdur. Bundan sonra komandanı Serse Kosmi çalışdıracaq. Klub 62 yaşlı italyan mütəxəssislə mövsümün sonuna qədər anlaşıb. Məlumatı klubun rəsmi saytı yayıb.

Qeyd edək ki, “Krotone” bu mövsüm İtaliya A Seriyasında 24 oyuna topladığı 12 xalla 20 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.