İtaliya klubunda baş məşqçi dəyişikliyi

İtaliyanın “Empoli” klubunda baş məşqçi dəyişikliyi edilib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Cüzeppe Yakini ilə yollarını ayırıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Artıq “Empoli”nin yeni baş məşqçisi də məlumdu. Rəhbərlik Yakinini Aurelio Andreatsoli ilə əvəzləyib.

Xatırladaq ki, “Empoli”ni ötən mövsüm B Seriyasında çempion edərək A Seriyasına daşıyan məhz Andreatsoli olmuşdu. Bu mövsümə də komanda məhz onun rəhbərliyi altında başlamışdı. Amma noyabr ayında o, istefaya göndərilmişdi. İşlərin daha da pisləşdiyini görən klub başbilənləri beş aylıq fasilədən sonra yenidən Andreatsolini geri qaytarmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, sözügedən komanda A Seriyasında geridə qalan 27 turda cəmi 22 xal toplayıb və 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.