İtaliya klubunda 2 yeni futbolçu

İtaliyanın “Cenoa” klubu heyətini iki yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Bordo”dan Lukas Leraqeri və Macarıstanın MTK klubundan Andraş Şaferi transfer edib. Bu barədə “Cenoa”nın mətbaut xidməti məlumat yayıb.

Leraqer mövsümün sonuna qədər icarə əsasında “Cenoa”da çıxış edəcək. Şaferlə isə 2022-ci ilə qədər müqavilə imzalanıb.

“Cenoa” bir müddət əvvəl “Betis”dən Antonio Sanabriyanı da heyətinə qatmışdı.