İtaliya klubu milli üzvü ilə gücləndi

İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Avstriyanın “Zalsburq” klubunun müdafiəçisi Jerom Onqueneni heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya təmsilçisi kamerunlu oyunçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Onquene “Zalsburq”dan öncə “Soşo” və “Liferinq” klublarında da çıxış edib. O, 2017-ci ildən Avstriya təmsilçisinin uğurları üçün çalışırdı. 23 yaşlı futbolçu Kamerun yığmasına da dəvət alır.