Baş məşqçi narazı futbolçusuna şillə vurdu – video

İtaliya D Seriyasının 24-cü turunun “Qrosetto” – “Monterossi” matçında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, “Qrosetto” klubunun baş məşqçisi Lamberto Marqini qarşılaşmanın 75-ci dəqiqəsində əvəzlədiyi futbolçusu Rikkardo Kretellu ilə mübahisə yaşayıb.

Maqrini meydandan çıxdığı üçün qəzəblənən futbolçunun başına şillə vurub. Matçın baş hakimi baş məşqçini bu hərəkətinə görə texniki zonadan uzaqlaşdırıb.

Görüş “Qrosetto”nun 1:0 hesablı qələbəsiylə başa çatıb.