İbrahimoviçin son durumu bilindi

İtaliya A Seriyasının 8-ci turunun “Napoli” ilə matçında zədələnən “Milan”ın futbolçusu Zlatan İbrahimoviçin son durumu məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Sol dizindən zədə alan İbrahimoviç, ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Napoli” – “Milan” matçı 1:3 hesabıyla bitib və isveçli hücumçu həmin görüşdə dubl edib.

İbrahimoviç bu mövsüm A Seriyasında 10 qolla bombardirdir.