A Seriyası oyunu təxirə salına bilər – koronavirusa görə

İtaliya A Seriyasının 2-ci turunun “Torino” – “Atalanta” matçı təxirə salına bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Torino” klubunun bir əməkdaşında koronavirusun aşkarlandığı və bu səbəbdən də “Atalanta” ilə oyunun təxirə salına biləcəyi qeyd olunub.

“Torino” – “Atalanta” matçı sentyabrın 26-da keçirilməlidir.