Türkiyə millisinin üzvü üçün mövsüm bitdi

İtaliya A Seriyasının 19-cu turunun “Roma” ilə matçında zədələnən “Yuventus”un futbolçusu Merih Demiralın son durumu məlum olub.

Komanda.az xəbər verir ki, Türkiyə millisinin də formasını geyinən müdafiəçinin sol dizinin çarpaz bağı qopub. Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Demiral yaxın zamanda əməliyyat olunacaq. Türkiyə mətbuatının xəbərinə görə, müdafiəçi mövsümün geridə qalan hissəsində komandasına kömək edə bilməyəcək.

“Roma” – “Yuventus” matçı turinlilərin 2:1 hesablı qələbəsiylə başa çatıb.