“Yuventus”a qol vurdu, ayın ən yaxşısı seçildi

İtaliya A Seriyasında 2019-cu ilin dekabr ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçdir. Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Serbiyalı futbolçu dekabrda A Seriyasında iştirak etdiyi 4 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Milinkoviç-Saviç “Latsio”nun A Seriyasında “Yuventus”u 3:1 hesabıyla məğlub etdiyi oyunda komandasının ikinci qolunu vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button