İtaliya A Seriyası dayandırıldı – Rəsmi

İtaliya A Seriyasının oyunlarının keçirilməsinin dayandırıldığı rəsmi olaraq açıqlanıb.

Komanda.az xəbər verir ki, buna səbəb koronavirus epidemiyasıdır. Bu barədə turnirin sosial şəbəkə hesabı məlumat yayıb.

 Məlaumatda, “A Seriyası rəsmi olaraq dayandırılır. Biz fasilə götürürük, amma qayıdacağıq. Hər şey yaxşı olacaq” sözlərinə yer verilib.

Epidemiya səbəbiylə A Seriyasının bir neçə turu azarkeşsiz keçirilmiş, eyni zamanda, bəzi oyunlar təxirə salınmışdı. Son olaraq İtaliyanın baş naziri Cüzeppe Konte ölkədəki bütün idman tədbirlərinin aprelin 3-nə qədər təxirə salındığını açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button