Xəstəliyə görə oynaya bilməyəcək – Azı 6 ay

İsveçrənin “Bazel” klubunun futbolçusu Rikki van Volfsvinkel ağır xəstəliyə tutulub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçuda aorta damarının genişlənməsi aşkarlanıb. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin LAKS (Avstriya) klubu ilə oyununda (1:2) başından zədə alan Rikkiyə, tibbi müayinədən sonra aorta anevrizması diaqnozu qoyulub.

Holland futbolçunun ən az 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Karyerası ərzində “Norviç”, “Betis”, “Sent-Etyen” kimi klublarda forma geyinən Rikki, 2 dəfə də Hollandiya millisinin uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button