İsveçrə klubunun 22 üzvündə koronavirus aşkarlandı!

İsveçrənin “Sion” klubunun 22 üzvü koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Virus aşkarlananların 13-ü futbolçu, 9-u isə klubun işçiləridir.

“Sion”un “Bazel” və “Lütsern”lə oyunu koronavirusa görə təxirə salınıb.