İsveçrə millisinin üzvü Bundesliqa klubunda

Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Vest Hem”dən Edimilson Fernandesi transfer edib. Bu barədə “Maynts” klubunun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilə qədər müqavilə imzalanıb.

İsveçrə millisinin də formasını geyinən Edimilson son mövsümü icarə əsasında “Fiorentina”da keçirib.