İsveçdə mövsüm başa çatdı, Emin və “Kalmar”…

Futbol üzrə İsveç çempionatında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi “Kalmar” da sonuncu matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Sirius”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Emin də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Kalmar” mövsümü 23 xalla, 16 iştirakçı arasında 14-cü pillədə başa vurub. Mövsümün yekunlarına görə, “Sundsvall” və “Eskilstuna” klubları elitanı birbaşa tərk etdiyi halda, “Kalmar” yüksək liqada qalmaq üçün 2-ci liqanın 3-cüsü ilə pley-off oyunlarında mübarizə aparacaq.

30 oyuna 66 xal toplayan “Yurqarden” İsveç çempionu olub. 2005-ci ildən bəri ilk dəfə çempion olan bu komanda 65 xala malik “Malmö” və “Hammarbü”nü qabaqlayıb. Sözügedən kollektivlər müvafiq olaraq gümüş və bürünc medallara sahib çıxıblar.