Bu ölkədə futbolçuların koronavirus testindən keçməsi məcburi olmayacaq

İsveçdə futbolçuların məşq və oyunlardan əvvəl koronavirus testindən keçməsi məcburi olmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. İyunun 14-dən start götürəcək İsveç çempionatında oyundan əvvəl futbolçuların oynayıb-oynamamasına klubun həkimləri qərar verəcək. Federasiyanın verdiyi açıqlamada bunlar qeyd edilib:

“Futbolçular işlərini görməlidir. Simptomları daşıyan futbolçular heyətə alınmayacaq. Onlar istədikləri zaman gedib xəstəxanada test verə bilər”.

İsveçdə 27 min 272 nəfər koronavirusa yoluxub. Onların 3 min 313 nəfəri dünyasını dəyişib.