AÇ-2020: İsveç – Polşa matçının ən yaxşısı bəlli oldu

AÇ-2020-nin E qrupu çərçivəsində keçirilmiş İsveç – Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, İsveç yığmasının yarımmüdafiəçisi Emil Forsberq bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. İsveç yığmasının ilk iki qolunu da məhz Forsberq vurub.

Qeyd edək ki, İsveç – Polşa matçı 3:2 hesabıyla başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button