“Barselona”nın sabiq üzvü istefa verdi

İsveç millisinin sabiq üzvü Henrik Larsson baş məşqçisi olduğu “Helsinqborq” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Larsson uğursuz nəticələrdən sonra azarkeşlərin tənqidini qəbul etməyib və baş məşqçi postundan istefa verib.

Larsson iyunun ortalarından “Helsinqborq”u çalışdırırdı. Onun rəhbərliyi ilə komanda 9 oyuna çıxıb, 2 dəfə qələbə qazanıb, 5 dəfə də məğlub olub.

Futbolçu karyerası ərzində “Seltik”, “Barselona”, “Mançester Yunayted” kimi klublarda çıxış edən Larsson, 104 dəfə də İsveç millisinin formasını geyinib.