“İstefaya göndərilməkdən qorxmuram” – Sulşer

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”dakı gələcəyi müzakirə olunan norveçli mütəxəssis, istefaya göndəriləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib:

“Müqavilə imzalanarkən, rəhbərliklə hər şeyi danışıb, müzakirə etmişdik. İstefaya göndərilməkdən qorxmuram və sadəcə işləməyə davam edirəm. Yaxşı nəticəyə ehtiyamızın olduğunu bilirəm, amma düzgün yolda olduğumuzu göstərmək lazımdır.

Komandaya uyğun olmayan futbolçu üçün yüksək məbləğdə pul xərcləməyəcəm. “Kaş komandada saxlaya bilərdim” deyə düşündüyüm futbolçu olmayıb. Bir futbolçu komandadan ayrılırsa, bunun müxtəlif səbəbləri ola bilər. Göndərdiyimiz futbolçuların bəziləri yaratmağa çalışdığım komanda ruhuna uyğun deyildi”.

Premyer Liqada keçirdiyi 24 turdan sonra 34 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button