“İstedadına sözüm yoxdur, ancaq 280 milyonluq oyunçu deyil”

“Barselona”nın və Braziliya millisinin sabiq üzvü Rivaldo, “Real”a transfer olacağı iddia edilən PSJ-nin hücumçusu Kilian Mbappeylə bağlı fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Rivaldo, “kral klubu”nun Mbappe üçün 280 milyon ödəməyə hazır olduğu xəbərlərinə münasibət bildirib:

“Mbappenin 280 milyon avro qarşılığında “Real”a keçəcəyiylə bağlı xəbərlər oxuyuram. Mbappenin istedadına sözüm yoxdur, ancaq bu qədər pul veriləcək futbolçu deyil. Lionel Messi, Kriştiano Ronaldo və Neymar birlikdə heç 280 milyon etməz”.

İspaniya mətbuatı “Real”ın yay transfer pəncərəsi dövründə Mbappeni 280 milyon avro qarşılığında PSJ-dən transfer edəcəyini iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button