“Ağıllı oynasaq, “Neftçi”ni keçə bilərik” – “Bney Yehuda”nın futbolçusu

İsrailin “Bney Yehuda” klubunun futbolçusu Din Mori Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan müdafiəçi, “Neftçi”ni keçə biləcəklərini deyib:

“Baş məşqçimiz Yossi Abukasislə görüşdə “Neftçi” ilə Bakıdakı oyunu təhlil etdik. O, daha yaxın oynamaq və köklənməmizi ikiqat artırmaq lazım olduğunu dedi. Bizdən gözləntilər daha çoxdur. Vacib oyuna çıxacağıq. Ağıllı oynasaq, “Neftçi”ni keçə bilərik”.

Bakıda keçirilən “Neftçi” – “Bney Yehuda” oyunu 2:2 hesabıyla bitib. Komandalar arasındakı cavab oyunu sabah, saat 21:00-da start götürəcək.