İsrafilovun komandasında yeni baş məşqçi

İspaniyanın “Albasete” klubu baş məşqçi dəyişikliyinə əl atıb.

Komanda.az xəbər verir ki, Sequnda təmsilçisi cari mövsümdəki uğursuz çıxışa görə Luis Migel Ramisi istefaya göndərib.

Artıq komandanın yeni baş məşqçisi də məlumdu. Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun da formasını geyindiyi “Albasete”ni bundan sonra Lukas Alkaras çalışdıracaq. 54 yaşlı ispaniyalı mütəxəssislə anlaşmanın müddəti mövsümün sonuna kimidi.

“Albasete” bu mövsüm 25 oyuna topladığı 28 xalla 22 kollektiv arasında 19-cudu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button