İsrafilovsuz qələbə

İspaniyanın “Alkorkon” klubu növbəti mövsümə hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi bu komanda “Rayo Maxadohanda” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası meydandan minimal hesablı qələbə ilə ayrılıb – 1:0. Eddi bu görüşün iştirakçısı olmayıb.