İsrafilovsuz “Albasete” 4 qola üzüldü

Futbol üzrə İspaniya 2-ci liqasında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Tenerife” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.

İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, cəzalı olduğu üçün bu matçı da buraxmaq məcburiyyətində qalıb.

“Albasete” hazırda 27 xalla 22 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.