İsrafilovlu “Albasete” səfərdən xalsız döndü

Futbol üzrə İspaniya 2-ci liqasında 10-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kartaxena” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Eddi 31-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Albasete” 10 turdan sonra 9 xalla 22 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.