İsrafilovlu “Albasete” səfərdən 1 xalla döndü

Futbol üzrə İspaniya 2-ci liqasında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Ponferradina” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Albasete” hazırda 26 xalla 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.