İsrafilov sabiq komandasına qarşı 90 dəqiqə oynadı

Futbol üzrə İspaniya 2-ci liqasında 10-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə onun sabiq komandası “Alkorkon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Albasete” hazırda 16 xalla 22 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, İsrafilov “Albasete”yə bu yay məhz “Alkorkon”dan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button