İsrafilov “Albasete”yə qələbə qazandırdı

Futbol üzrə İspaniya 2-ci liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 47-ci dəqiqədə Eddi vurub.

“Albasete” 8 turdan sonra 8 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button