İsrafilov “Albasete”də debüt etdi

Futbol üzrə İspaniya 2-ci liqasında 4-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun bu yay transfer olunduğu “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Deportivo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana çıxmaqla yeni komandasında debüt edib.

“Albasete” hazırda 6 xalla 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.