“Xetafe” texniki məğlubiyyətə razıdır, İtaliyaya getməyə yox

İspaniyanın “Xetafe” klubu Avropa Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk matçı üçün İtaliyaya getməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin prezidenti Anxel Torres İspaniya mətbuatına açıqlamasında deyib. “Xetafe”nin bu addımı atmasına səbəb, İtaliyada geniş yayılan koronavirus epidemiyasıdır. Anxel Torres texniki məğlubiyyəti də nəzərə aldıqlarını və İtaliyaya getməyəcəklərini bildirib:

“Vəziyyət kəskin dəyişməzsə, “Xetafe” İtaliyaya uçmayacaq. Bununla bağlı UEFA-ya və İspaniya Futbol Federasiyasına müraciət etmişik. Bu turda uduzmağa hazırıq, ancaq heç bir riskə girməyəcəyik”.

İtaliyada geniş yayılan koronavirusa görə, sabah keçirilməli olan “İnter” – “Xetafe” matçı azarkeşsiz oynanılmalıdır.