Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Andre Zambo-Anqissanın evi qarət olunub.

Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçinin evindən 100 min avro dəyərində zinyət əşyası oğurlanıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Vilyarreal” Anqissanı bu yay “Fulhem”dən 1 illik icarəyə götürüb.