“Barselona”dan “Vilyarreal”a – rəsmi

İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”dan Xorxe Kuenkanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçiylə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

“Vilyarreal” Kuenka üçün “Barselona”ya bonuslarla birlikdə 6,5 milyon avro ödəyəcək.

Kuenka “Barselona”nın B komandasının formasını geyinirdi.