İki futbolçu La Liqanın reklam çəkilişlərində zədələndi

İspaniyanın “Tenerife” klubunun iki futbolçusu La Liqanın reklam çəkilişlərində zədə alıb.

Komanda.az xəbər verir ki, bu barədə Sequnda təmsilçisinin baş məşqçisi Fran Fernandes yerli mətbuata açıqlamasında deyib. O, Aleks Munyos və Karl Pomaresin La Liqanın reklam çəkilişlərində iştirak etdikləri zaman əzələlərində narahatlıq hiss etdiklərini bildirib.