UEFA Uşaq Fondunun ilk səfiri bilindi

İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi İvan Rakitiç UEFA Uşaq Fondunun ilk rəsmi səfiri olub.

Komanda.az xəbər verir ki, bu barədə futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Ratikiç fondun tədbirlərində iştirak edəcək, qurumun uşaqların həyatını yaxşılaşdırmaq üçün gördüyü işləri təbliğ edəcək.