“Sevilya” 12 milyon avroluq transferə hazırlaşır

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Alkmaar” klubundan Ussama İdrissini transfer etməyə yaxındır. Bu barədə Niderland mətbuatı məlumat yayıb. 24 yaşlı mərakeşli yarımmüdafiəçinin “Sevilya”ya keçidi yaxın zamanda rəsmiləşəcək.

La Liqa klubu İdrissi üçün “Alkmaar”a 12 milyon avro ödəyəcək.