Zidan: “Bu, mövsümün ən vacib oyunudur”

İspaniyanın “Real” komandasının baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 final mərhələsində “Liverpul”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan fransalı mütəxəssis, “Liverpul”un qüsursuz komanda olduğunu deyib:

“Bizi nəyin gözlədiyini bilirik. Bütün diqqətimiz oyundadır, başqa bir şey haqda düşünmürük. Bu, mövsümün ən vacib oyunudur.

“Liverpul” qüsursuz komandadır. Yaxşı hücum gücü var və sərt oynayan rəqibdir. Onlar yaxşı komanda oyunu göstərirlər. Hər iki komandanın heyətində zədəli futbolçular var. Futbolda güc komanda oyunundan alınır”.

Bu gün keçiriləcək “Real” – “Liverpul” matçı saat 23:00-da start götürəcək.